Daha bir ölkədə ilk dəfə “Omikron”dan ölüm halları qeydə alındı

5-01-2022, 10:48           
Daha bir ölkədə ilk dəfə “Omikron”dan ölüm halları qeydə alındı
Koronavirusun “Omikron” ştammı ilə yoluxduqdan sonra dünyasını dəyişən Danimarka sakinlərinin sayı 18 nəfər olub.

Bu barədə yerli Dövlət Dərman Vasitələri İnstitutu məlumat yayıb.

Sözügedən rəqəmin noyabrın 21-dən dekabrın 28-dək olan məlumatlara əsaslandığı bildirilib

Qeyd olunub ki, həmin dövrdə yeni ştamla 55 700 yoluxma halı aşkar edilib. Eyni müddət ərzində COVID-in digər məlum variantları səbəbindən 100 ölüm qeydə alınıb.

Bildirilib ki, Danimarkada ilk dəfə olaraq “Omikron” variantından ölüm halları təsdiqlənib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru