Süni günəş əsl Günəşi keçərək rekord qırdı

5-01-2022, 12:29           
Süni günəş əsl Günəşi keçərək rekord qırdı
Çinin süni günəşi aparılan son təcrübələrdə Günəşdən 5 dəfə artıq böyük bir istilik nisbətinə çataraq yeni bir rekord qırdı.

SİA xəbər verir ki, “Süni Günəş” kimi tanınan Eksperimental Qabaqcıl Superkeçirici Tokamak (EAST) Çindəki sınaqlar zamanı çatdığı 70 milyon dərəcə istiliyi 17 dəqiqədən çox saxlamağı bacarıb.

“Xinhua” Xəbər Agentliyinin yazdığına görə, 30 dekabr günü aparılan təcrübənin nəticələri Çin Elmlər Akademiyası Plazma Fizikası İnstitutunun alimi Qun Syantsu (Gong Xianzu) tərəfindən açıqlanıb: "Son əməliyyat bir nüvə reaktorunun işlədilməsinə yönəlik mühüm elmi işdir. “Süni Günəş” layihəsinin məqsədi Günəşin və digər ulduzların içində meydana gələn reaksiyaları təqlid edərək sərhədsiz təmiz enerji təmin edə biləcək bir texnologiya inkişaf etdirməkdir.”

Təcrübələr Çinin Anhui əyalətinin mərkəzi Hefeidə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru