Mənzil bazarındakı bahalaşmanın səbəbi nədir? - AÇIQLAMA

5-01-2022, 14:48           
Mənzil bazarındakı bahalaşmanın səbəbi nədir? - AÇIQLAMA
Yerli və idxal olunan tikinti materiallarındakı qiymət artımına görə mənzil bazarında az da olsa bahalaşma nəzərə çarpır. DİA.AZ xəbər verir ki, bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, tikinti materiallarında bahalaşma daha çox taxta və dam örtükləri, sement, qum qiymətlərində özünü göstərir.

"Pandemiyaya görə tikinti bazarında durğunluq yaranmasına baxmayaraq, evlərin qiyməti ucuzlaşmadı. Qiymətlərə dünya iqtisadiyyatında baş verən bir sıra amillər, o cümlədən tikinti bazarındakı bahalaşma təsir edə bilir".

Ekspertin proqnozuna görə, yaxın gələcəkdə də mənzillərin qiymətində ucuzlaşma gözlənilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru