Mərkəzi Klinikada 6 nəfərlik say düzəlməsə, peyvənd vurulmur - AÇIQLAMA

5-01-2022, 16:54           
Mərkəzi Klinikada 6 nəfərlik say düzəlməsə, peyvənd vurulmur - AÇIQLAMA
Mərkəzi Klinikada koronavirusla bağlı peyvənd olunmaq istəyən şəxslərin sayı 6 nəfərdən azdırsa, peyvənd flakonu açılmır.

DİA.AZ xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, “Pfizer” peyvəndi üçün müraciət edən şəxslərin sayı 6 nəfər olmasa, klinika peyvənddən imtina edir. Müraciət edənlər ya növbəti vətəndaşları gözləməli, ya da, peyvənd olunmadan klinikanı tərk etməlidirlər.

Bəs tibb müəssisəsi say çatışmazlığını əsas gətirərək peyvənd vurmaqdan imtina edə, vətəndaşa bu tipli tələb qoya bilərmi?

Artıq eyni məzmunlu bir neçə şikayətin olduğunu nəzərə alıb Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirlikdən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirildi ki, “Pfizer-BioNTech” peyvəndinin ampulaları 6 nəfərin istifadəsinə uyğun şəkildədir: “Peyvənd itkilərinin olmaması səbəbindən bu say gözlənilə bilər. Uyğun vətəndaş sayı olmasa belə, heç bir halda peyvənd məntəqələrinə immunizasiyadan imtina etmələri haqqında göstəriş verilməyib”.

Qeyd edək ki, “Pfizer-BioNTech” peyvəndi Bakıda yalnız bir neçə tibb müəssisəsində tətbiq olunur. Onlardan biri də Mərkəzi Klinikadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru