Təhsil eksperti universitet rəhbərlərinə SƏSLƏNDİ: "Tələbələri incitməyin"
6-01-2022, 08:16
Təhsil eksperti Elçin Əfəndi bəzi universitet rəhbərlərinə müraciət edib.
Tehsil.biz xəbər verir ki, o, bu barədə öz sosial hesabından bildirib.
Elçin Əfəndi təhsil haqqını ödəyə bilməyən tələbələr üçün güzəşt tələb edib:
"Tələbələri az süründürün, az incidin. Əgər illik təhsil haqqını hazırda ödəyə bilmirsə, humanist yanaşın. Tələbəni təhsil haqqının qalıq hissəsini ödəyə bilmədiyi üçün imtahana buraxmamaq nə deməkdir? Bu hansı insanlığa sığır? Biz təhsil veririk, ya təhsildən qaçmasına şərait yaradırıq? Bu kimi amillərdir ki sayənizdə qəbul olandan sonra xaricə qaçmağa meyillənirlər".
Ekspert bildirib ki, ölkə hələ də pandemiya dövründədir və ailələrin gəlirləri əvvəlki kimi deyil:
"Tələbələri imtahandan kənarda saxlamaqla büdcənizə əlavə pul yığmaq istəyirsiniz deyəsən. Kəsrə görə kredit borcu. Amma bir az humanist yanaşsanız, yardım edərdiniz və müqaviləyə də baxsanız, tələbələr illik təhsil haqqını hissə-hissə ödəyə bilər bəndini də görə bilərdiniz. Zəhmət olmasa, tələbələri incitməyin. İmkan yaradın ən azı imtahanlarını versinlər və II semestr başlananda qalıq hissə ödənişi tələb edin".