Azərbaycanın qonşuluğunda ölüm təhlükəsi sürətlə artır

6-01-2022, 11:26           
Azərbaycanın qonşuluğunda ölüm təhlükəsi sürətlə artır
Gürcüstanda koronavirusun “omikron” ştamı sürətlə yayılmağa başlayıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Mərkəzi rəhbəri deyib ki, yanvarın 5-də səhər saatlarına qədər ölkədə “omikron” ştamına yoluxanların ümumi sayı 159 olduğu halda axşam saatlarında artıq bu rəqəm 253-ə yüksəlib.

Onun sözlərinə görə, ölkədə virus qarşısıalınmaz dərəcədə sürətlə yayılmağa başlayıb. “Omikron” ştamına yoluxanların 16 nəfəri 18 yaşadək olan uşaqlar və yeniyetmələrdir.

“İnfeksiyanın yayım sürəti artdığı üçün yaxın iki həftə ərzində ölkədə “omikron” ştamına yoluxanların sayı da kəskin artacaq”, – deyə A.Qamkrelidze vurğulayıb.

Mərkəz rəhbəri əhaliyə müraciətində daha az məclislər təşkil etməyə, qoruyucu vasitələrdən – tibbi maskalardan istifadəyə və vaksinasiya olunmağa çağırıb.

Qeyd edək ki, Gürcüstanda “omikron” ştamına ilk yoluxma 2021-ci il dekabrın 20-də qeydə alınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.