Rusiyalı akademik 180 yaşlı azərbaycanlı qadından danışdı

6-01-2022, 16:02           
Rusiyalı akademik 180 yaşlı azərbaycanlı qadından danışdı
İnsan 100 il yaşamalıdır.

Bunu Rusiyada Bakulev adına Milli Tibbi Elmi-Tədqiqat Ürək-Damar Cərrahiyyə Mərkəzinin prezidenti, akademik Leo Bokeriya deyib.

“150 - bilmirəm. Amma bir əsr - 100 ildir... Deməli, biz 100 il yaşamalıyıq”, - deyə Bokeriya vurğulayıb.

O, söhbət əsnasında 180 yaşlı azərbaycanlı qadından da danışıb.

“Azərbaycanda 180 il yaşadığı iddia edilən qadınla bağlı məlumatlar var. Lakin ola bilsin ki, onun doğulduğu vaxt hələ dəqiq qeydlər olmayıb, ona görə də onun yaşını dəqiq müəyyən etmək mümkün deyil”, - deyə akademik əlavə edib.

Məşhur kardioloq İngiltərədə olarkən Londonda düz şəhərin mərkəzində dəfn olunmuş 180 yaşlı şəxsin məzarını ziyarət etdiyini bildirib.

“Niyə orada dəfn olunub? Çünki həmin dövrdə kral vətəndaşın 180 yaşında olduğunu biləndə, onu saraya dəvət edib. Gələn uzunömürlüyə qonaqlıq verib, o yazıq da həddindən çox yeyib və bağırsaq çevrilməsindən (volvulus) ölüb. Vicdanı sızlayan kral mərhum qonağı hökmdar ailəsinin basdırıldığı kilsədə dəfn etdirib”, – deyə Bokeryia bildirib.

Mənbə: RİA Novosti












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru