KTMT hərbçilərinin Qazaxıstanda qalma müddəti açıqlandı

6-01-2022, 16:19           
KTMT hərbçilərinin Qazaxıstanda qalma müddəti açıqlandı
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstanda fəaliyyəti təxminən bir aya yaxın çəkə bilər. Ancaq bu, vəziyyətdən asılı olacaq”.

TEREF.AZ yazır ki, Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin səsləndirib.

"Düşünürəm ki, vəziyyətin normallaşması nəzərə alınmaqla, bu iş bir ay ərzində aparılacaq", - deyə Şvıtkin "İnterfaks"a bildirib.

O, qeyd edib ki, “hərbi nəqliyyat aviasiyasının təyyarələri yerə enən kimi dərhal müvafiq istiqamətlərə hərəkət edəcəklər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru