Çörək üçün QİYMƏT HƏDDİ: - Dövlət Xidmətinin belə bir səlahiyyəti varmı?

6-01-2022, 18:04           
Çörək üçün QİYMƏT HƏDDİ: -
Azərbaycanda un və çörəyin qiyməti üçün müəyyənləşdirilən maksimal hədd bir sıra suallar doğurub.

Bu gün İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib.

Bu gündən etibarən, 50 kq-lıq bir kisə unun topdansatış qiyməti 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti 65 qəpik olacaq.

Sözügedən qərarı Yenicag.az-a şərh edən iqtisadçı Əkrəm Həsənov bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu və ya digər məhsul üçün qiymət müəyyənləşdirmək səlahiyyəti yoxdur:

“Açığı, mən bu qərarın hansı şərtlərlə qəbul olunduğunu bilmirəm. Onu deyə bilərəm ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin hər hansı məhsul üçün qiymət müəyyənləşdirmək səlahiyyətinə malik deyil.

Bu səlahiyyət Tarif Şurasına məxsusdur. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə adından göründüyü kimi, qiymət qoymaqla deyil, müəyyən olunmuş qiymət hədlərinin pozulmamasına nəzarət etməklə məşğul olmalıdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru