Xərçəngin dərmanı nəhəng tısbağaların sayəsində yaradıla bilər

7-01-2022, 08:27           
Xərçəngin dərmanı nəhəng tısbağaların sayəsində yaradıla bilər
Elm adamları uzun illər Ekvadordakı nəhəng tısbağaların uzunömürlülüyünün sirrini araşdırıblar. Bir qayda olaraq, onlar 100 ildən artıq yaşayırlar.

Nəhayət ki, ABŞ-ın Buffalo Universitetinin alimləri nəhəng tısbağalarda genlərin əlavə nüsxələrinin olduğunu müəyyən ediblər.

Bu barədə “Genome Biology and Evolution” jurnalında dərc olunana məqalədə bildirilib.

Qeyd olunub ki, məhz bu, tısbağaların yaşlanmanın qarşısını alır, həmçinin onları xərçəngin zərərli təsirlərindən qoruyur.

Qalapaqos adalarının nəhəng tısbağaları üzərində aparılan laboratoriya sınaqları bu heyvanlarda da oxşar müdafiə mexanizminin olduğunu təsdiqləyib.

Hazırda alimlər tısbağalar üzərində aparılan araşdırmalar nəticəsində insan orqanizmi üçün təsirli ola biləcək xərçəng əleyhinə dərman vasitəsinin yaradılacağına ümid edirlər.

Mənbə: innosmi.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru