Qəzada ayaqlarını itirən aktyor OD PÜSKÜRDÜ: "Mən qazi deyiləm!"

7-01-2022, 17:27           
Qəzada ayaqlarını itirən aktyor OD PÜSKÜRDÜ: "Mən qazi deyiləm!"
"Bakıda aktyoru qazi kimi qələmə verib videosunu paylaşıblar.

Lent.az xəbər verir ki, bu barədə aktyor İmran Lalayev özünün sosial şəbəkə hesabında paylaşım edib. Hər iki ayağı amputasiya olunan və protez ayaqla gəzən aktyor bildirib ki, metroda olarkən naməlum şəxs onun videosunu çəkib. Daha sonra həmin videonu sosial şəbəkədə paylaşaraq İmran Lalayevi qazi kimi qələmə verib.

İ. Lalayev dəfələrlə videosunu paylaşan şəxsə xəbərdarlıq etsə də, görüntülərin hələ də silinmədiyini qeyd edib. O, ayaqlarının üstündən qatar keçdiyi üçün protez ayaqla gəzdiyini deyərək, sözügedən videonu paylaşan şəxsi reytinq xətrinə insanların hissiyyatı ilə oynadığı üçün qınayıb.

Qeyd edək ki, İ. Lalayev ƏSA teatrının aktyorudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru