Omikron ştammını testsiz aşkarlamağın yolu

24-01-2022, 00:06           
Omikron ştammını testsiz aşkarlamağın yolu
iklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun testsiz yoxlanması qaydasını təsdiq edib.
İnfeksion xəstəliklər üzrə mütəxəssis, Atrium Health Wake Forest Baptist-in İmmunizasiya Təcrübəsi üzrə Məşvərət Komitəsinin üzvü doktor Ketrin Polinq (Şimali Karolina, ABŞ) NBC News telekanalının efirində omikron ştammının əsas əlamətlərini sadalayıb.
Həkimin sözlərinə görə, məhz bu əlamətlərdən xəstələr hansı xəstəliyə yoluxduqlarını müəyyənləşdirə bilərlər.
"Öskürək, burnun tutulması, zökəm və yorğunluq omikron ştammının xarakterik əlamətləridir. Ancaq delta ştammından fərqli olaraq, xəstələrin çoxu iybilmə və dadbilməni itirmirlər. İnfeksiya hətta yüngül keçdikdə belə, boğaz ağrısı omikron ştammında ən çox rast gəlinən əlamətdir", - Polinq deyib.
İnfeksionist əlavə edib ki, bu nəticələr xəstələri müşahidə etməklə əldə olunub: sadalanan əlamətlərə əhalinin bütün qruplarında rast gəlinməsə də, koronavirusun testsiz yoxlanmasında kömək ola bilər.
Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi koronavirusun testsiz (yəni insanın özündə müşahidə etdiyi əlamətlərə görə) yoxlanması qaydasını təsdiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru