“Patı”nın insan orqanizminə təsiri - AÇIQLAMA

22-02-2022, 12:27           
“Patı”nın insan orqanizminə təsiri - AÇIQLAMA
Narkotik istifadəçiləri arasında “şüşə”, “patı” adlanan kimyəvi adı metanfetamin olan narkotik maddə laborator şəraitdə heç bir təbii maddələrdən istifadə olmayan kimyəvi proseslər nəticəsində alınan maddədir.

"Unikal" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov deyib.

Baş direktor bildirib ki, onun orqanizmə təsiri ilk növbədə neyromediator olan dofaminin kəskin artması ilə əlaqəlidir.

"Bu narkotiki qəbul edən şəxsdə kəskin oyanıqlıq qeyd olunur: yorulmadan hərəkətdə olurlar, dayanmadan danışırlar, hərəkət aktivliyini cilovlaya bilmirlər. Narkotikin təsiri keçəndən sonra isə xəstələrdə süstlük, depressiv əhval-ruhiyyə (hətta suisidal fikirlərlə) qeyd olunur".

O.Cəfərov qeyd edib ki, qeydiyyatda olan narkotik istifadəçiləri arasında opioid tərkibli preparatlar istifadəçiləri (F11-24 min 850 nəfər), kannabinoid (F12-9 min 752 nəfər) və psixostimulyator istifadəçiləri (F15-3 min 107 nəfər) əksəriyyət təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru