PUTİNİN İŞĞALÇI ORDUSU DİNC SAKİNLƏRİ AMANSIZLIQLA ÖLDÜRÜR – Qardaşı ““Azov”da olan” qadının güllələnməsi haqda şok səsyazısı yayıldı
17-04-2022, 20:26
Ukrayna Təhlükəsizlik Xidməti rus işğalçının dinc əhaliyə qarşı vəhşiliklərdən bəhs edən danışıqlarını yayıb.
Qafqaz.media xəbər verir ki, yeni yayınan audioda qondarma "LPR"dən səfərbər edilən rus hərbçi həyat yoldaşına ukraynalı qadının işğalçılar tərəfindən vəhşicəsinə öldürülməsindən danışır.
Səs yazısından məlum olur ki, qadının yeganə günahı qardaşının guya “Azov” alayında xidmət etməsi olub.
Rus işğalçıları qadını xüsusi rüsvayçılıqla qətlə yetirib, hətta onun cansız bədəninə də bir neçə güllə atıblar. Döyüşçünün "həmkarları”nın bu davranışından qəzəbləndiyi, lakin hərbi cinayətə qarışmadığı iddia edilir.
Ukrayna Təhlükəsizlik Xidməti bütün günahkarları gələcəkdə məsuliyyətə cəlb etmək üçün işğalçıların bu cür söhbətlərini dinləyir və onların cinayətlərini sənədləşdirir.