Öldürülən rus generalların və polkovniklərin SAYI

19-04-2022, 09:08           
Öldürülən rus generalların və polkovniklərin SAYI
"Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı işğalçı ordunun ali komandanlığının ən azı 24 nümayəndəsi ləğv edilib".

Teref.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Teleqram kanalında məlumat yayıb.

Məlumatda bildirilir ki, 52 günlük genişmiqyaslı müharibədə Ukrayna Silahlı Qüvvələri Rusiya ali komandanlığının 24 "nadir nümunəsini" uğurla məhv edib. Qeyd olunur ki, söhbət təsdiqlənmiş məlumatlardan gedir, ona görə də siyahı tam olmaya bilər.

Baş Qərargahın məlumatına görə, Ukraynada iki general-leytenant, altı general-mayor və 16 polkovnik öldürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru