“Şeytan arabasıyla” yollarda şütüyən kuryerlər “Wolt” şirkətindən narazıdırlar: - “Maaş artımı tələb edirik”

22-04-2022, 12:12           
“Şeytan arabasıyla” yollarda şütüyən kuryerlər “Wolt” şirkətindən narazıdırlar: - “Maaş artımı tələb edirik”
Bakıda kuryerlər tətil çağırışı etdilər.

Bu barədə məlumat “Facebook” sosial şəbəkəsində paylaşılıb. Belə ki, “Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi bu gün işə çıxmayıb. İddiaya görə, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.

İşçilərin iddialarına görə, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.

“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, - deyə çağırışda bildirilir.

Hər gün səhərdən-axşama “şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər.

İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindirlər.

“Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”, - deyə məlumatda qeyd edilib. //oxu.az//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru