Azərbaycan əsilli biznesmen Rusiyanın ən zəngin milyarderlərinin ilk beşliyində - SİYAHI

22-04-2022, 19:39           
Azərbaycan əsilli biznesmen Rusiyanın ən zəngin milyarderlərinin ilk beşliyində - SİYAHI
“Forbes” jurnalı 2022-ci ildə 10 ən zəngin rusiyalı milyarderin adını açıqlayıb. Nəşrin yazdığına görə, Ukraynada müharibə başlayandan sonra xaricdə biznes aparan sahibkarlar digərlərindən daha az zərər çəkiblər.

Siyahıda ilk yerlərdə azərbaycanlı investor Fərhad Əhmədovun adı da var. Dördüncü yerdə qərarlaşan biznesmenin sərvəti 300 milyon dollar artaraq 1,7 milyard dollara çatıb.

Ümumilikdə Rusiyanın ən zəngin milyarderi Nikolay Storonski olub. “Revolut fintech” şirkətinin təsisçisinin sərvəti il ​​ərzində 5,9 milyard dollar artaraq 7,1 milyard dollara çatıb.

İkinci yerdə “DST Global” fondlar qrupunun təsisçisi Yuri Milnerdir. Onun sərvəti il ​​ərzində 2,5 milyard dollar artaraq 7,3 milyard dollara çatıb.

Siyahının üçüncü yerində investor Leonid Boquslavski qərarlaşıb. “RTP Global/RTP Ventures” və digər fondların sahibinin sərvəti il ərzində 1,1 milyard dollar artaraq 4,7 milyard dollara çatıb.

İlk beşliyi “JetBrains” beynəlxalq proqram təminatı şirkətinin təsisçisi və prezidenti Sergey Dmitriyev bağlayır. Onun sərvəti 300 milyon dollar artaraq 4,1 milyard dollara çatıb.

Siyahını “Absolut” investisiya qrupunun həmtəsisçisi Aleksandr Svetakov (2,2 milyard dollara qədər), “JetBrains”in digər həmtəsisçisi Valentin Kipyatkov (2,9 milyard dollara qədər), mobil oyun tərtibatçısı “Playrix”in həmtəsisçiləri İqor və Dmitri Buxmanov qardaşları (hər biri 8,1 milyard dollara qədər) davam etdirirlər. İlk onluğu səsli mesajların pərəstişkarları üçün “Stereo” sosial şəbəkəsinin yaradıcısı Andrey Andreyev bağlayır. Bir il ərzində onun sərvəti 100 milyon dollar artaraq iki milyard dollara çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru