Rus ordusuna ağır zərbə dəyib, illər keçsə də... - KƏŞFİYYAT MƏLUMATI

3-05-2022, 09:18           
Rus ordusuna ağır zərbə dəyib, illər keçsə də... -
Rusiya Ukraynada quru qoşunlarının təxminən 65%-ni istifadə edib. Gücün dörddə biri yəqin ki, sıradan çıxıb.

Musavat.com Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı “Twitter” səhifəsində məlumat yayıb.

Kəşfiyyat məlumatlarına görə, münaqişənin əvvəlində Rusiya 120-dən çox batalyon taktiki qruplarını işə salıb ki, bu da onun ümumi quru döyüş gücünün təxminən 65%-ni təşkil edir.

“Ehtimal ki, bu bölmələrin dörddə birindən çoxu hazırda sıradan çıxıb. Rusiyanın ən elit bölmələrindən bəziləri, o cümlədən Hava-Desant Qüvvələri tükənməyə məruz qalıb”, - məlumatda deyilir.

Böyük Britaniyanın Müdafiə Nazirliyi hesab edir ki, Rusiyaya bu qüvvələri yenidən yaratmaq üçün yəqin ki, illər lazım olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru