Beyninə çip yerləşdirilən milçəkləri məsafədən idarə etmək mümkün oldu - VİDEO

20-07-2022, 10:15           
Beyninə çip yerləşdirilən milçəkləri məsafədən idarə etmək mümkün oldu - VİDEO
ABŞ-ın Rays Universitetinin alimləri milçəklərin beyninə istilik sensorları daxil edib və bunun sayəsində həşəratları uzaqdan idarə etməyi bacarıblar.

Milçəklər aldıqları əmrləri bir saniyə ərzində yerinə yetiriblər.

Məlumata görə, milçəklərin beyin neyronlarına yerləşdirilən istilik sensorları gen mühəndisliyi yolu ilə hazırlanıb. Onlar bir növ temperatur dəyişikliklərinə cavab verən ion kanallarıdır. Sensorlar istilik siqnallarını aldıqda, neyronlar fəallaşaraq milçəklərin qanadlarını açmasına səbəb olub.

Alimlərin sözlərinə görə, təcrübələrin nəticələri insanlardakı nevroloji pozğunluqları dəqiq və heç bir əməliyyat olmadan müalicə etməyə kömək edəcək.


Mənbə: knife.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru