Yeməkdən sonra niyə yuxumuz gəlir?

22-07-2022, 10:26           
Yeməkdən sonra niyə yuxumuz gəlir?
Yeməkdən sonra yuxu hissi orqanizmin bir reaksiyasıdır ki, bu reaksiyaya səbəb yeməyin orqanizm tərəfindən həzm edilməsi üçün gərəkli olan zamandır.

Bu barədə “Veçernyaya Moskva”ya terapevt Tatyana Romanenko məlumat verib.

“Yeməkdən sonra yuxu hissinin yaşanması normaldır, belə ki, bu zaman qanın bədəndə yenidən paylanması prosesi gedir”, - deyə terapevt qeyd edib.

Onun sözlərinə görə, həzm sistemində yeməkdən sonra qan dövranında müvəqqəti yaxşılaşma müşahidə olunur ki, bu da yuxu hissinin yaranmasına səbəb olur.

Həkim həmçinin bildirib ki, 5-7 dəqiqədən sonra orqanizm adətən öz adi vəziyyətinə qayıdır və yuxu hissi tədricən aradan qalxır.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.