Nazir generalın 20 qohumunu niyə işdən çıxarıb?

2-09-2022, 18:00           
Nazir generalın 20 qohumunu niyə işdən çıxarıb?
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov mərhum müavini, general-leytenant Nazim Məmmədovun oğlunu və 20-yə yaxın qohumunu işdən çıxarıbmış.

TEREF.AZ bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, onların işdən çıxarılması Kəmaləddin Heydərovun əmlaklarından birinin Nazim Məmmədovun qardaşı arvadının adında olması və geri qaytarılmaması olub.

Bildirək ki, bir neçə gün bundan əvvəl FHN rəhbəri Nazim Məmmədovun oğlunu nazirlikdəki işinə qaytarıb.

Onu da qeyd edək ki, Nazim Məmmədov Kəmaləddin Heydərovun sürücüsü, sonradan isə Dövlət Gömrük Komitəsində və Fövqəladə Hallar Nazirliyində müavini olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru