Bu gün Gəncə Qalasının tikintisindən 425 il ötür...

3-09-2022, 10:49           
Bu gün Gəncə Qalasının tikintisindən 425 il ötür...
Teref.az yazır ki, bu gün Gəncə Qalasının tikintisindən 425 il ötür...Gəncə qalası 1588-ci ildə sentyabrın 3-də Osmanlı sultanı III Muradın sərəncamına əsasən Qafqazdakı türk qoşunlarının komandanı Fərhad paşa tərəfindən tikdirilib. Qala 40 günə kimi qısa bir zamanda ərzində tikilib.
Qalanın inşasında gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunub. Ümumi uzunluğu 13,7km, hündürlüyü isə 12m. olan qala tikilərkən Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb.
Bu şəkildə təsvir edilən Gəncə qalasının qalıqları zamanın əzəmətli tikililərindən biri olub. Qalanın bir küncündə yerləşən bürc digərindən təqribən 600 metr aralı yerləşir. Bu divar Gəncəçayının sahili boyunca davam edir. Vaxtilə təbii sərhəd olan bu çay indi dağılmış vəziyyətdə olan qala divarlarının tədricən sökülməsinə səbəb olur.
Ümumiyyətlə isə 17-19 əsrlər ərzində qədim Gəncənin 72 məhəlləsi olub.
Baba Allahnəzərov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.