Ukraynada “Bayraktar”lar üç gündə 30 milyon dollar dəyərində Rusiya texnikasını məhv etdi

4-09-2022, 10:44           
Ukraynada “Bayraktar”lar üç gündə 30 milyon dollar dəyərində Rusiya texnikasını məhv etdi
Ukraynada üç gün ərzində bir cüt “Bayraktar” pilotsuz uçuş aparatı Rusiyanın təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “Telegram” hesabında yazıb.

"Üç gün ərzində, avqustun 31-dən sentyabrın 2-dək bir cüt “Bayraktar” pilotsuz uçuş aparatı düşmənin təxminən 26,5 milyon dollar dəyərində texnikasını məhv edib. Bunlar 8 ədəd T-72 tankı (birinin təxmini dəyəri 3 milyon dollar), bir “Akasiya” özüyeriyən haubitsa (1,6 milyon dollar), piyada döyüş maşınları (0,6 milyon dollar) və haubitsalardır (0,3 milyon dollar)”, - deyə o qeyd edib.

Həmçinin Zalujnın sözlərinə görə, beş T-72 tankı və bir piyada döyüş maşını zədələnib. “Məhv edilmiş və zədələnmiş Rusiya texnikasının ümumi dəyəri 28,35 milyon dollar təşkil edir”, - deyə o, əlavə edib.

Mənbə: UNİAN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru