Süfrənizdən əskik etməyin ki:Xəstələnməyəsiniz

4-09-2022, 11:16           
Süfrənizdən əskik etməyin ki:Xəstələnməyəsiniz
Elmi araşdırmalar göstərir ki, qaragilə yaddaş və digər idrak funksiyalarına müsbət təsir göstərir.

Eyni zamanda, qaragilə şirəsinin müntəzəm istifadəsi təkcə yaddaşı deyil, həm də əhval-ruhiyyəni yaxşılaşdıra bilər.

Cebhe.info xəbər verir ki, bu barədə “Al Arabiya” nəşri yazır.

Qaragilə beyni sərbəst radikalların yaratdığı zərərdən qorumağa kömək edən antioksidanlar və bitki qidaları ilə zəngindir. Giləmeyvədə həm də immunitet sistemini qorumaq üçün vacib olan çoxlu C vitamini var.

Beyin fəaliyyəti üçün dəyərli olan Omeqa-3 yağ turşularının ən yaxşı mənbələrindən biri isə qızılbalıqdır. Eyni zamanda, orqanizm onları öz-özünə istehsal edə bilmir, buna görə də bəzən menyunuza qızılbalıq daxil etməlisiniz.

Alimlər sübut ediblər ki, qızılbalıq yemək Alzheimer xəstəliyinə tutulma riskini azaldır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru