Gültəkin Hacıbəyli HƏBS OLUNA BİLƏR - İttiham olunur...

6-09-2022, 09:39           
Gültəkin Hacıbəyli HƏBS OLUNA BİLƏR -
Sabiq deputat, Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli məhkəməyə verilib.

TEREF.AZ xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, onun barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət edilib.

Gültəkin Hacıbəyli Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) maddəsi ilə ittiham olunması tələb edilir.

Xüsusi ittiham qaydasında şikayət Nəsimi Rayon Məhkəməsinə daxil olub. İş hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Qeyd: Əgər Gültəkin Hacıbəylinin ittiham olunduğu cinayət əməli sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru