Bu gün Rusiyada keçirilən “Vostok” döyüş oyunlarını izləməyə gələn Rusiya Prezidenti Vladimir Putin yeriməkdə çətinlik çəkib.
“AzPolitika.info” Britaniyanın “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, 69 yaşlı Putinin Rusiyanın Uzaq Şərqindəki “Sergeyevski” poliqonunun komanda məntəqəsində axsayaraq hərəkət etməsi kameraların diqqətindən yayınmayıb.
Paylaşılan görüntülərdə Putinin ağır addımlarla və çətinliklə stula doğru irəlilədiyi əks olunub.
Qəzet yazır ki, uzun müddətdir beynəlxalq KİV-lərdə Putinin səhhəti ilə bağlı şaiyələr dolaşır, bəziləri onun “xərçəng” və ya Parkinson xəstəsi olduğunu iddia edir.
Qeyd olunur ki, Putinin axsaq addımlarla hərəkət etməsi Parkinson xəstəliyinin əsas əlamətlərindən biridir.