Alimlər: “Koronavirusun mənbəyi yarasalar deyil”

7-09-2022, 09:27           
Alimlər: “Koronavirusun mənbəyi yarasalar deyil”
İsrail alimləri pandemiyanın mənbəyinin heyvanlar olduğuna dair heç bir dəlil tapmayıblar.

Belə ki, Təl-Əviv Universiteti alimlərinin apardığı araşdırmanın nəticələrindən belə nəticə çıxır ki, koronavirus yarasalardan yaranmayıb.

“Hərtərəfli araşdırmamız yarasaların COVID-19 epidemiyasının mənbəyi olması ehtimalına dair ciddi şübhələr yaradır”, - deyə tədqiqat rəhbəri doktor Mariya Vaynberq bildirib.

Mütəxəssislərin fikrincə, yarasaların effektiv immun sistemi var. Bu, onlara digər məməlilər üçün ölümcül olan viruslara qarşı asanlıqla mübarizə aparmağa imkan verir. Həmçinin məlum olub ki, 48 faiz hallarda yarasaların koronavirusun daşıyıcısı olması iddiası heyvanlarda virusun deyil, yalnız antitellərin aşkarlanmasına əsaslanıb.

Mənbə: aussiedlerbote.de












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru