Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi - YENİLƏNİB

7-09-2022, 11:25           
Uşaq dünyaya gətirən 13 yaşlı qızın anası ondan və nəvəsindən imtina etdi - YENİLƏNİB
Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.

Hadisə Sabunçu rayonunda baş verib.

Qızın atası rəhmətə gedib və anası ilə yaşayıb.

“Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Oxu.Az-a bildirib ki, qızın anası nəvəsindən və öz qızından imtina edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu saytımıza bildirib ki, 13 yaşlı qızın ana olması ilə bağlı məlumat aidiyyəti qurumlarla birlikdə araşdırılır.

***

Azərbaycanda 13 yaşlı qız ana olub.

Bu barədə “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə məlumat verib.

O qeyd edib ki, ana xəstəxanaya yerləşdirilib:

“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir”.

K.Ağazadə qeyd edib ki, qız təcavüzə məruz qalıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.

İlhamə Əbülfət












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.