Qanunvericilklə 15 yaşlı atanı nə gözləyir? - ARAŞDIRMA
7-09-2022, 18:57

Azərbaycanda 13 yaşlı qızın ana olması ilə bağlı bəzi məqamlar məlum olub.
Belə ki, qızın dünyaya gətirdiyi körpənin atasının 15 yaşı olduğu üzə çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, qız illər əvvəl öz atasını itirib. 13 yaşlı qızın anasının 3-cü evliliyi olduğu deyilir. O, ögey ata ilə yaşayırmış.
Ailənin çox kasıb olduğu və butulka sataraq dolandıqları deyilir.
Qeyd edək ki, uşaq 40 həftəlik dünyaya gəlib. Ailə bu hadisəni ört-basdır etmək istəyib və doğum evdə gerçəkləşib. Lakin doğumdan sonra 13 yaşlı qızda qanaxma olduğu üçün məcbur qalıb Təcili Tibbi Yardıma müraciət ediblər. Hər iksinin vəziyyətinin normal olduğu bildirilib.
Qanunvericilklə 15 yaşlı atanı nə gözləyir? O, cinayət məsuliyyətinə cəlb oluna bilər? Teref.az-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan hüquqşünas Əsabəli Mustafayev bildirib ki, əgər zorlanma varsa, bu daha ağır cinayət sayılır:
“Praktika göstərir ki, belə hallar qarşılıqlı razılaşma ilə baş verir. Bu halda oğlanın əməli seksual xarakterli hərəkət sayılır. 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya ona qarşı seksual xarakterli digər hərəkətlər hesab edilir. Əgər oğlanın 14 yaşı olubsa, o seksual xarakterli zorakılıq hərəkətlərə görə məsuliyyət daşıya bilər”.
Hüquqşünas bəzi cinayətlərə görə məsuliyyətə cəlbedilmə yaşlarının fərqli olduğunu qeyd edib:
“Ümumi cinayət məsuliyyətinə cəlbeləmə 18 yaşdır. Bəzi cinayətlərə görə 14, bəzilərində isə 16 yaşından məsuliyyətə cəlb edilir. 14 yaşından seksual xarakterli hərəkətlərə görə məsuliyyət daşıya bilər. Həddi-buluğa çatmayan şəxslə cinsi əlaqədə olubsa, bu zaman məcəllədə 16 yaşına çatmayan şəxsin məsuliyyətə cəlb olunması nəzərdə tutulmur. Yəni qarşılıqlı cinsi əlaəqdə olunubsa və 16 yaşı yoxdursa, o, məsuliyyətə cəlb olunmayacaq. Bu 16 yaşdan başlayır. Əgər zorakılıq, zorlama olubsa, o zaman şəxs 14 yaşından başlayaraq məsuliyyət daşıyır”.