Əvvəl hansı olmalıdır: sülh müqaviləsi, yoxsa delimitasiya? - Ekspert rəyi

8-09-2022, 11:28           
Əvvəl hansı olmalıdır: sülh müqaviləsi, yoxsa delimitasiya? -
Ermənistanın baş naziri Nikol Paşinyanın ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi bağlanacağını bildirib. Bu barədə “Hraparak” qəzeti yazıb.
Bəs, Paşinyan bu bəynatında nə dərəcədə səmimidir?
Müharibənin başa çatmasından iki ilə yaxın vaxt keçsə də, Ermənistan tərəfi Azərbycanın sülh müqaviləsi imzalamaq təklifindən yayınır.
Digər tərəfdən, hələlik Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası məsələsində də irəliləyiş yoxdur. Elə bu məqama istinad edən bəzi ekspertlər ilk növbədə delimitasiya və demarkasiyası məsələsinin həll olunmasını önə çəkirlər.
Bu baxımdan sərhədlər tam müəyyən olunmamış sülh müqaviləsinin imzalanması mümkündürmü? Ekspertlər bu barədə nə düşünür?
Məsələ ilə bağlı Bakupost.az -a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, əsas sülh müqaviləsinin imzalanmasıdır:

“Bizm üçün vacib olan sülh müqaviləsinin imzalanmasıdır. Ardınca isə sərhədlərin delimitasiya və demarkasiyası məsələləri gəlir. Orada konkret olaraq fundamental məsələlər var. Bunlar Azərbaycan tərəfindən irəli sürülən qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması, gələcəkdə ərazi iddialarından imtina, güc tətbiq etməmək və s. məsələlərdir. Demarkasiya, delimitasiya, eyni zamanda kommunikasiya sülh müqaviləsinin ardınaca gələn proseslərdir”.
Politoloq Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin bağlanmasına Rusiyanın münasibəti barədə də danışıb.
“Diqqət etsəniz, görərsiniz ki, Rusiya 44 günlük Vətən Müharibəsindən sonrakı dönəmdə məsələləri bir-birindən ayırmağa çalışır. Qarabağdakı məsələləri ayrı bir müstəvidə, Azərbaycan-Ermənistan münasibətlərini isə başqa bir müstəvidə görməyə çalışır. Rusiya üçün maraqlı olanı Azərbaycanla Ermənistan arasında gərginliyin qalmasıdır. Yəni, Rusiyanın bu iki dövlət arasında vasitəçiliyinə ehtiyac davam etsin. İki ölkə arasında sülh müqaviləsinin imzalanmasını istəməyən tərəflər, Ermənistanda buna qarşı çıxan müxtəlif qüvvələr var. Amma Ermənistan hakimiyyətinin özünün qərarı ciddi ve konstruktiv olarsa, sülh müqaviləsinin imzalanması mümkündür”.
O. Qasımov "Sülh müqaviləsi imzalanarsa, sülhməramlılar vaxtından əvvəl Qarabağdan çıxarıla bilərmi" sualını isə belə cavablandırıb:
“Sülhməramlıların bölgədə qalıb-qalmamasının sülh müqaviləsinin imzalanmasına bağlılığı çox azdır. Onların Azərbaycan ərazisini tərk etməsi üçün hələ iki il vaxtları var. O zamana qədər Azərbaycan mümkün qədər sürətlə həm Ermənistanla münasibətlərin qaydaya düşməsinə, həm də Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına nail olmağa çalışır. Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi, Azərbaycan qanunlarının həmin ərazilərdə tətbiqi, erməni əhalisinin hüquq və təhlükəsizliyi məsələsi tam həyata keçiriləndən sonra rus sülhməramlılarına ehtiyac qalmayacaq. İki ölkə arasında sülh müqaviləsi imzalanandan sonra iki tərəf bu məsələləri daha rahat şəkildə həll edə bilər”.
Fərid
Baku Post












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.