Azərbaycan xalqı da erməniləri tərbiyələndirmək üçün onları rusun ayağından açıb öz ayağına bağlamalıdır
8-09-2022, 11:38

Yavaş-yavaş ağıllanırlar
Sirr deyil ki, erməniləri yoldan çıxaran Rusiya idi. Rusiyanın Cənubi Qafqazdakı təsiri azaldıqca ermənilər də ağıllanacaq idi və indi bu istiqamətdə müəyyən işıq ucları görünür.
Ermənistan Milli Assambleyasının deputatı Arsen Torosyanın dünən səsləndirdiyi bəzi fikirlər də gecikmiş müdriklikdən xəbər verir: "Qarabağın müstəqilliyini tanımaq şansı yoxdur və heç vaxt olmayıb.
Biz qeyri-müəyyən müddətə öldürülmək təhlükəsi altında qalmaq istəyirik, yoxsa münaqişəni həll etməliyik? Bunun üçün 30 ildir müharibə və hərbi münaqişələr şəraitində yaşayan erməni və Azərbaycan xalqlarının yaralarını sağaltmaq, düşmənçiliyi dərinləşdirməmək lazımdır.
Azərbaycanlılarla uzunmüddətli ədavət salmaq bizim üçün tələdir. Biz nifrət oyatmamalıyıq. Dövlət əvvəlki illərdə Qarabağın müstəqilliyini təmin edə bilməyərək uğursuzluğa düçar olmuşdu. Bu fikir özünü aldatma idi. Qarabağın müstəqilliyini tanımaq şansı yoxdur və olmayıb. Biz çalışırıq ki, mina və ya gecikmiş partlayış Qarabağ probleminin həllinə çevrilməsin".
Ermənilərin bu müdrikləşməsi məşhur bir lətifəni yada salır. Bir gün ana oğluna deyir:
-Bala, sənin filan dostun çox tərbiyəsizdir. Ona qoşulma, tərbiyən əldən gedər.
Oğlu cavab verir:
-Düz deyirsən, ana can. Onda icazə ver, dostum mənə qoşulsun. Yazıqdır, o da o biri dünyaya tərbiyəsiz getməsin.
İndi görünən budur ki, Azərbaycan xalqı da erməniləri tərbiyələndirmək üçün onları rusun ayağından açıb öz ayağına bağlamalıdır. Deyəsən, Qərb ölkələri də bizdən bu tərbiyəni gözləyirlər.
Heydər Oğuz
Teref.az