Ukrayna USQ-nin azad etdiyi Balakleya ( Balıqlı) şəhəri - Türklərin Ukrayna tarixində izi....
9-09-2022, 00:09

Hamı Ukrayna ordusunun növbəti möhtəşəm qələbəsindən, Xarkov vilayətindəki bu şəhəri ələ keçirəndən sonra USQ-nin hərbi perspektivlərdən yazır. Heç kimin indi qeyd eləmədiyi mühüm bir məqamı yazım. Balakleya şəhəri adını orada axan çaydan götürüb, çayın adı Балаклiя - Balakliya-dır. Yəni "Balıqlı"dır, tatar dilində mənası aydındı, bol balıqlı çay.
Bu mənim fərziyyəm deyil, rus və ukrayna Vikipedisində və ensiklopedialarda belə yazılıb.
Yeri gəlmişkən, şəhərin daxil olduğu rayonun adı İzyum - Üzüm-dür.
Rus Vikisi qeyd edir ki, yaşayış məntəqisinin çağdaş tarixi 1663-cü ildən başlayır. Bu onların baxışıdır, tarix onlar gələndən sonra başlayır, bizə də sovet vaxtı belə öyrədirdilər. Nə isə...
1663-də ataman (ata-mən, dəstə başçısı, "paxan"-mən) Yakov Çerniqovets eyni adlı tatar kəndininin ətafını möhkəmləndirərək kəndi öz istehkamına çevirib.
Amma Ukrayna Vikisi yazır ki, Balıqlı kəndi yaxınlığında Ukrayna və Polşa tarixinin önəmli hadisələri, döyüşləri olub. Çox sevdiyim polşa romanisti Qenrik Senkeviç, - ona polyakların Aleksandr Düması da demək olar, elə gözə macəra-tarixi romanları var, - yazır ki, Balıqlı ətrafında döyüşlərdə də çoxlu polyak döyüşçüsü həlak olub.
Bir gənc dostum yazır ki, "Orada tatar və türk qalmayıb, adının nə olmasının bir önəmli yoxdur".
Mən isə düşünürəm ki, orada tatar və türk qalıb-qalmamasından asılı olmayaraq, adının nəinki "bir önəmli yoxdur", əksinə, önəmi çoxdur. Nədən?
Ən azı ona görə ki, məsələn, 1900-cu illərdə Fələstində yəhudi qalmamışdı, ya da barmaqla saymaq olardı qalanları. Yəhudilər belə, bu gənc kimi düşünsəydi, bu gün ətraf ərəb ölkələrinə və İrana meydan oxuyan, dünyada sözü keçən, yəhudilərin qədim vətəni olan İsrail dövləti olmazdı. Roma imperatorluğu orada olan İsrail və İudea dövlətlərinin istila edəndən təxminən 2 000 il sonra.
Mənim heç bir ölkəyə ərazi iddiam yoxdur, yalnız Azərbaycanın Qarabağ üzərində tam suverenitetini istəyirəm. Amma qədim türk-tatar adlarını bilmək, tanımaq lazımdır. Bu bizim böyük keçmişimizin olduğuna, oralarda tapılan tarixi artefaktların başqa xalqların yox, məhz türk mədəniyyəti məhsulunun olduğuna və s. daha bir sübutdur.
Çingiz Sultansoy
Teref.az