Xarkovda 10 mindən çox rus hərbçi mühasirəyə düşə bilər

9-09-2022, 12:42           
Xarkovda 10 mindən çox rus hərbçi mühasirəyə düşə bilər
Ukrayna hərbçiləri Xarkov istiqamətində uğurlu əks-hücum əməliyyatı keçirirlər və üç gün ərzində demək olar ki, 50 km irəliləyiblər. Kupyanskdan Slavyanskın ətrafına qədər ərazini tutan ruslar, 10 mindən çox hərbi qulluqçudan ibarət birləşmələr mühasirəyə düşmək təhlükəsi ilə üzləşiblər. AzVision.az xəbər verir ki, bu barədə "Meduza" nəşri məlumat yayıb.

Rusiya hərbi müxbirlərinin yaydığı məlumatlara görə, Ukrayna müdafiəçiləri Şevçenkovodan demək olar ki, Kupyanska qədər irəliləyiblə. Başqa bir qrup isə Senkovo ​​kəndi yaxınlığındakı Oskol su anbarının sahilinə gedib.

Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri bir neçə dəfə Severski Donetsini keçərək iyun ayında ruslar tərəfindən ələ keçirilən bir neçə kəndə nəzarəti bərqərar ediblər.

"Bütün bunlar o deməkdir ki, ümumi qüvvəsi 10 min nəfərdən çox olan bir neçə birləşmədən ibarət Rusiya qoşunlarının böyük bir qrupu əməliyyat mühasirəsinə düşmə təhlükəsi ilə üzləşib. Rusiya Silahlı Qüvvələrinin belə ssenaridən yayınmaq üçün ehtiyatlarının olub-olmadığı məlum deyil. Hələlik Ukraynanın hücumuna qarşı müqavimət zəif olub”, - nəşr yazıb.
Tural Tağıyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.