“Xarkov müdafiəçiləri 10 min rusiyalı hərbçini mühasirəyə ala bilərlər” - KİV
10-09-2022, 07:39

Sayı 10 min nəfərdən artıq olan bir neçə Rusiya ordu birləşməsini operativ mühasirə hədələyir.
Xarkov istiqamətində Ukrayna hərbçiləri uğurlu əks-hücum aparırlar və üç gün ərzində 50 kilometr irəliləyiblər.
Kupyanskdan Slavyanskın ətəyinə qədər olan əraziləri tutmuş işğalçıların bölmələri (10 min nəfərdən ibarət hərbçi) mühasirəyə düşmək riski ilə üzləşib.
Bu barədə «Meduza» yazıb («UNİAN»).
Bir neçə rusiyalı hərbi müxbirin xəbərinə görə, Ukayna müdafiəçiləri Şevçenkodan demək olar, Kupyanska qədər irəliləyiblər, digər qrup isə Oskolsk su anbarının sahilinə (Senkovo kəndi rayonu) çıxıb.
Nəşr məlumat verir ki, USQ döyüşçüləri bir neçə dəfə Severski Donetski keçiblər və rusların iyunda ələ keçirdikləri bir neçə qəsəbəni nəzarətə götürüblər.
«Bütün bunlar o deməkdir ki, Rusiya ordusunun bir neçə birlikdən ibarət, 10 min nəfərdən artıq böyük qrupunu operativ mühasirə hədələyir. Məlum deyil ki, Rusiya silahlı qüvvələrinin belə ssenaridən yayınmağa ehtiyatı varmı? Hələ ki, ukraynalıların hücumuna zəif müqavimət var» - nəşrdə qeyd edirlər.
Xəbər verildiyi kimi, sentyabrın 8-də Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinin Balakleya şəhərinin rusiyalı işğalçılardan azad edilməsini təsdiqləyib. Balakleya yarım il işğal altında olub.
AzPolitika.info