Zaporojye AES tamamilə dayandırıla bilər: Vəziyyət kritikdir

10-09-2022, 11:24           
Zaporojye AES tamamilə dayandırıla bilər:
Zaporojye AES-in tamamilə dayandırılması nəzərdən keçirilir.

Atışmalar nəticəsində fövqəladə vəziyyət yaranıb və xarici enerji təchizatı zədələnib.

Bunu Beynəlxalq Atom Enerjisi üzrə Agentliyin (BAEA) baş direktoru Rafael Qrossi bildirib.

“Bu gün mən BAEA əməkdaşlarından dünən axşam Zaporojye ato elektrik stansiyasında yaranmış ciddi vəziyyət barədə məlumat aldım. AES-in operatorları və onların ailələrinin yaşadığı Enerqodar şəhərini qidalandıran enerji infrastrukturu atəş nəticəsində məhv edilib”, - deyə Qrossi qeyd edib.

“Operatorlar artıq xarici enerji təchizatının bərpasına əmin deyil. Bu səbəbdən də çıxış yolu kimi işlək vəziyyətdə olan yeganə reaktoru da dayandırmağı düşünür”, - deyə Qrossi bildirib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru