Rusiya Krım üzərində öz təyyarəsini vurdu?..-ETİRAF

12-09-2022, 10:26           
Rusiya Krım üzərində öz təyyarəsini vurdu?..-ETİRAF
Rusiyalı blogerlər sosial şəbəkələrdə Rusiyanın "Su-34" qırıcısının Krım üzərində təsadüfən düşmədiyinə eyham vurublar

Moderator.az "UNİAN"a istinadla bu barədə jurnalist Denis Kazanski məlumat yayıb.

"Figerbomber" təbliğat resursunda nəşrin müəllifi bazar günü, sentyabrın 11-də işğal olunmuş Krım yarımadasının üzərində qəribə təyyarə qəzasını xatırladıb.

İşğalçıların təyyarəsi sentyabrın 11-i səhər saat 6 radələrində Raznodelnenski və Krasnoperekopski rayonlarının sərhədində qəzaya uğrayıb. İddialara görə, "Su-34" meydançaya “eniş" edib və pilotlar isə katapültə edib paraşütlə enə bililər.

Lakin sonradan Rusiya resursları qəza yerində baş verən böyük yanğının videosunu yayıb. Rusiya Federasiyası hərbçilərinin taleyi ilə bağlı daha heç nə bildirilməyib.

Həmçinin qırıcının hansı şəraitdə düşdüyü barədə məlumat verilməyib.

"Fighterbomber" eyham vurub ki, görünür, "Su-34" Rusiya işğalçılarının özlərinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

"Bir daha deyim ki, bizim hava hücumundan müdafiəmiz bizim dostumuz deyil. Ukraynalıların hava hücumundan müdafiəsindən daha çox onlardan qorxun”, - deyə nəşrin rus müəllifi paylaşıb.

Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.