Rusiyalı işğalçılar Dneprin sağ sahilində silahı yerə qoymağa hazırdır – “Cənub” OK

13-09-2022, 00:05           
Rusiyalı işğalçılar Dneprin sağ sahilində silahı yerə qoymağa hazırdır –
Rusiyalı işğalçıların bölmələri Dneprin sağ sahilinə sıxışdırılıb və silahı yerə qoymağa hazırdırlar. Onlar Ukrayna hərbçiləri ilə təmas imkanları axtarırlar.

Bu barədə «Cənub» operativ komandanlığı (OK) mühafizə və müdafiə qüvvələri mətbuat mərkəzinin rəhbəri Natalya Qumenyuk «Espresso» telekanalının efirindən danışıb («UNİAN»).

«İrəliləməkdə davam edirik və bu hərəkət kifayət qədər inandırıcıdır. O, təkcə düşmən mövqelərinin coğrafi yerdəyişməsinə təsir etmir, həm də psixoloji vəziyyətinin dəyişməsində təsirli olur. Yenidən formatlaşdırılmağa başlamış düşmən bölmələri bizim bölmələrlə təmasa çıxmaq imkanları axtarırlar ki, necə deyərlər, silahı yerə qoymağın və beynəlxalq humanitar hüququn çətiri altına keçməyin şərtlərini müəyyən etsinlər. Onlar anlayırlar ki, Dneprin sahili ilə bizim qüvvələr arasında sıxışdırılıblar» – Qumenyuk izah edib.

Onun sözlərinə görə, işğalçılar öz həyatlarını saxlamağın üsullarını tapmağa cəhd edirlər. «Hazırda bu məsələyə baxılır. Çünki hərbi strategiyanı anlamaq məsələsi var, o, belə tədbirləri nəzərdə tutur. Onlar beynəlxalq humanitar hüququn çətiri altına keçməyə hazırdırlar» – Qumenyuk əlavə edib.

Xatırladılır ki, cənubda ukraynalı hərbçilər bir sutka ərzində daha 40 rusiyalı işğalçını, xeyli düşmən texnikasını və döyüş sursatı anbarını ləğv ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.