Yas mərasimlərinin insan psixologiyasına mühüm təsiri açıqlanıb

13-09-2022, 12:44           
Yas mərasimlərinin insan psixologiyasına mühüm təsiri açıqlanıb
Yas saxlamaq və rituallar insanlara yaxın adamını itirmənin öhdəsindən gəlməyə kömək edə bilər.

Bu barədə Britaniyalı alimlər açıqlama veriblər.

Bristol Universitetinin dosenti və “Good Grief Festival”ın yaradıcısı Lyusi Selmanın sözlərinə görə, belə mərasimlər itki zamanı mühüm rol oynayır.

“Çünki bu, kədər hissini və qəmli düşüncələri təcəssüm etdirməyin, beləliklə, itkini həyatınıza daxil etməyin, ardınca isə sağalmağa başlamağın bir yoludur”, - deyə o, bildirib.

Psixologiya professoru Meri Frensis Okonnor isə qeyd edib ki, rituallar belə bir vəziyyətdə psixoloji dəstək qazanmağa kömək edir.

“Yas mərasimləri hər şeyin çox qeyri-müəyyən göründüyü bir vaxtda əsl təsəlli ola bilər”, - deyə bildirən mütəxəssis yüz illər boyu insanların bu yolla ağır itkilərə baxmayaraq həyatlarını dolğun yaşamağa davam etdirməyi bacardığını vurğulayıb.

Mənbə: The Guardian












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru