Elektromobil körpənin nəfəsini hiss edəcək

29-09-2022, 12:45           
Elektromobil körpənin nəfəsini hiss edəcək
“Volvo”unn flaqman modeli EX90 elektrik krossoverində daha bir təhlükəsizlik sistemi - avtomobildə qalan uşaqlar və heyvanları izləyəcək salon radarı quraşdırılacaq.

Sensor submillimetr səviyyəsində işləyəcək və yuxuda olan körpənin nəfəs aldığından əmin olmaq üçün onun sinəsinin qalxıb-enməsini qeydə alacaq.

Sistem standart olaraq bütün EX90-larda tətbiq ediləcək. Lakin o, yalnız 60 GHz tezliyinin kommersiya istifadəsinə icazə verilən ölkələrdə işləyəcək. Bundan əlavə, elektromobil səkkiz kamera, beş radar və 16 ultrasəs sensoru ilə təchiz ediləcək.

Xatırladaq ki, EX90 elektrik krossoveri XC90 modelini əvəz edəcək. O, rəsmən noyabrın 9-da təqdim olunacaq.

Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru