Kadırov Limandakı məğlubiyyəti şərh etdi - “Nüvə silahından istifadə etmək lazımdır”

2-10-2022, 00:06           
Kadırov Limandakı məğlubiyyəti şərh etdi -
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya qüvvələri tərəfindən Liman şəhərinin itirilməsini şərh edib.

O, bu barədə “Telegram” kanalında yazıb.

Kadırov baş verənlərdə ilk növbədə ərazidəki hərbi birləşmələrə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandiri, general-polkovnik Aleksandr Lapini günahlandırıb.

“Əlimdə olsaydı, Lapini sıravi rütbəsinə endirərdim, mükafatlarından məhrum edərdim və əlinə silah verib günahını qanla yumaq üçün cəbhəyə göndərərdim”, - deyə Kadırov yazıb.

Çeçenistan başçısı həmçinin artıq kardinal tədbirlər görməyin - sərhədyanı rayonlarda hərbi vəziyyət elan etməyin və az güclü nüvə silahından istifadə etməyin lazım olduğunu da qeyd edib.(oxu.az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.