Dünyada internetdən istifadə edənlərin sayı artır

2-10-2022, 11:08           
Dünyada internetdən istifadə edənlərin sayı artır
Bu ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 5,3 milyard nəfər və ya dünya əhalisinin üçdə ikisini təşkil edəcək.

Belə məlumatlar Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) “2022-ci ildə genişzolaqlı internetin vəziyyəti” adlı hesabatında əks olunub.

“2019-cu ildə dünya əhalisinin 54%-i internetdən istifadə edib, 2022-ci ildə bu rəqəmin 66%-ə çatacağı gözlənilir ki, bu da 5,3 milyard insan deməkdir”, sənəddə bildirilib.

Məlumata görə, rəqəmsal xidmətlərdən istifadə edənlərin sayındakı artım əsasən COVID-19 pandemiyası ilə bağlı olub, genişzolaqlı infrastruktura qoşulma iş, təhsil, əsas xidmətlərə çıxış və əlaqə saxlamaq üçün həyati zərurətə çevrilib. Məlumata görə, pandemiyanın ilk ilində - 2020-ci ildə internet istifadəçilərinin sayı 10% artıb ki, bu da son on ildə ən böyük artım olub.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru