Azərbaycanlı kriminal avtoritet İstanbulda necə öldürüldü? - VİDEO

28-10-2022, 11:18           
Azərbaycanlı kriminal avtoritet İstanbulda necə öldürüldü? - VİDEO
Azərbaycanlı kriminal avtoritet İstanbulda necə öldürüldü? - VİDEO
İstanbulda azərbaycanlı kriminal avtoritet, “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımovun qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olub. Bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. Bir neçə dəfə atəş açan naməlum şəxs və ya şəxslər daha sonra avtomobillə oradan uzaqlaşıblar.

Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Türkiyə hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, “Qardaşoğlu” ləqəbli avtoritet Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. “Emin Naxçıvanski” kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə bu yaxınlarda həbsdən buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru