Gəncə 2222-ci ilədək ölkədən çıxmaq yasaqlandı - Rusiyada iki əsrlik qadağa

28-10-2022, 19:24           
Gəncə 2222-ci ilədək ölkədən çıxmaq yasaqlandı - Rusiyada iki əsrlik qadağa
Rusiyanın Smolensk şəhərində xaricə getmək istəyən gəncə hərbi komissarlıqdan qəribə bildiriş gəlib.

Bildirişdə onun 2222-ci ilə qədər Rusiyadan çıxmasına qadağan qoyulduğu qeyd edilib.

Bu yaxınlarda Finlandiya Universitetində təhsil alan Valentin adlı gənc Belarusun Minsk şəhərinə tətilə gedib. Geri qayıdarkən Belarus sərhədçiləri onun ölkədən çıxmasına üç dəfə mane olublar.

Bu halda gənc Rusiyanın Sortaval şəhərindən keçməklə ölkədən çıxmağa cəhd edib. Lakin gözlənilmədən Smolensk vilayətinin hərbi qeydiyyat və komissarlığı tərəfindən ona bildiriş təqdim olunub. Bildirişdə gəncə 31 mart 2222-ci ilə qədər ölkəni tərk etməyin qadağan olunduğu qeyd edilib.

Valentin indi iki əsr ərzində nə etməlidir və Finlandiyada təhsilini necə davam etdirə bilər - heç kim bilmir. Halbuki gənc səfərbərlikdən əvvəl xarici universitetə ​​daxil olub, çağırış vərəqəsi almayıb, heç vaxt orduda xidmət etməyib və yalnız hərbi kafedrada təhsil alıb.

Maraqlıdır ki, Valentinin əhvalatı hərbi komissarlığın nadir səhvinə bənzəmir. Çünki sosial şəbəkələrdə istifadəçilər artıq iki əsr ərzində ölkədən çıxışa qadağa qoyulması ilə bağlı oxşar bildirişlər aldıqlarına dair fotolar paylaşırlar.


Mənbə: “Baza” “Telegram”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru