Rusiya “döyüş” ağcaqanadları daşıyan Amerika dronları tapıb?

29-10-2022, 00:04           
Rusiya “döyüş” ağcaqanadları daşıyan Amerika dronları tapıb?
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasil Nebenzya bildirib ki, Ukrayna ərazisində infeksiyaya yoluxmuş ağcaqanadları daşımalı olan pilotsuz təyyarələr tapılıb.
Bizimyol.info xəbər verir ki, o, bu barədə BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, guya Ukraynada köçəri quşlar və yarasalar vasitəsilə infeksiyaların yayılması imkanlarını öyrənmək üçün layihələr həyata keçirilib. Onlar da Rusiya ərazisini əhatə etməli idilər.

Bundan əlavə, mart ayında rus qoşunlarının Xerson vilayətinin ərazisində yoluxmuş ağcaqanadları daşıya bilən 30 litrlik konteynerləri olan üç pilotsuz uçuş aparatının olduğu iddia edilib.

"ABŞ-da patentləşdirilən və təhlükəli viruslara yoluxmuş ağcaqanadları yaya bilən pilotsuz uçan aparat haqqında məlumdur. Bütün bunlar Rusiyada narahatlıq doğurur. Belə dron infeksiya daşıyan çoxlu sayda ağcaqanad olan konteyneri müəyyən əraziyə daşıyaraq onları buraxır. Ağcaqanad dişlədikdə hücuma məruz qalan insanlara xüsusilə təhlükəli xəstəliklərin patogenləri yoluxdurur”, - Nebenzya bildirib.

Rusiya Federasiyasının daimi nümayəndəsi həmçinin bəyan edib ki, bu cür viruslara yoluxmuş hərbçilər “onlara verilən tapşırıqları yerinə yetirə” bilmirlər.

Bildiyiniz kimi, tammiqyaslı işğal başlayandan Rusiya iddia edir ki, guya Ukraynada bioloji silahların hazırlanması üçün Amerika proqramları mövcuddur. Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ukrayna ərazisinin “bioloji təcrübələr üçün sınaq poliqonuna çevrildiyini” bildirmişdi.

Rusiya həmçinin Ukraynanı “çirkli” bomba hazırlamaqda ittiham edir. Müdafiə naziri Oleksiy Reznikov Ukraynanın bunu etməyəcəyinə əmin olmaq üçün BMT və MAQATE-nin monitorinq missiyalarını Ukraynaya dəvət edib.

Lakin Nebenznın dedikləri də daxil olmaqla Rusiya tərəfininin söylədiyi bu tipli xəbərlərin heç biri konkret faktlarla sübuta yetirilməyib.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.