Pelosinin başını çəkiclə əzib -

29-10-2022, 08:58           
Pelosinin başını çəkiclə əzib -
San Fransisko polis rəisi Bill Skott ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin həyat yoldaşı Pol Pelosiyə hücumla bağlı mətbuat konfransı keçirib.
Bakupost.az Anadolu Agentliyinə istinadən bildirir ki, yerli vaxtla saat 02:27-də Pelosinin evində insident baş verdiyi ilə bağlı xəbər aldıqlarını və dərhal hadisə yerinə getdiklərini bildirən Skott sözlərinə belə davam edib:
"Polis əməkdaşları hadisə yerinə gedəndə Paul Pelosi və yetkin bir kişi ilə qarşılaşıblar. Həm Pelosinin, həm də hücum edən şəxsin əlində çəkiclər olub. Daha sonra hücumçu çəkici Pelosinin əlindən alıb və onunla Pelosiyə vəhşicəsinə hücum edib. Polislər dərhal müdaxilə edərək hücumçunun əlindən çəkici alıblar və qollarını qandallayıblar. Hadisə yerinə təcili yardım çağırılıb”.
Skott hücum edən şəxsin kimliyini də açıqlayıb. Onun sözlərinə görə Pol Pelosiyə hücum edən şəxs 42 yaşlı Devid Depape olub.
Hadisə ilə bağlı təhqiqatı Federal Təhqiqat Bürosu (FTB) və Konqres Polis Departamenti ilə birlikdə apardıqlarını ifadə edən Skott hücumun motivinin hələ müəyyən edilmədiyini qeyd edib. Polis rəisi həbs edilən şəxsin adam öldürməyə cəhd, silahla hücum, yaşlı insanlara qarşı zorakılıq, soyğunçuluq və “bir neçə əlavə cinayət” ittihamı ilə üzləşəcəyini deyib.
Skott ailənin istəyinə uyğun olaraq 82 yaşlı Pol Pelosinin səhhəti ilə bağlı məlumat verməyib. Lakin ABŞ mediası xəstəxanadakı mənbələrə əsaslanaraq onun kəllə-beyin travması aldığını və beyin əməliyyatı keçirdiyini yazır.
Mətbuata danışan, adının açıqlanmasını istəməyən səlahiyyətlilər hücum edən şəxsin əsl hədəfinin Nensi Pelosi olduğunu bildiriblər. Onların sözlərinə görə həmin şəxs Pol Pelosinin əllərini bağlamağa çalışarkən qışqıraraq "İndi Nensini gözləyirik" deyib.
Qeyd edək ki, "San Francisco Chronicle" David Depape olduğu iddia edilən şəxsin fotosunu yayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.