"Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub"

30-10-2022, 00:09           
"Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub"
“Bizim 4000-ə yaxın itkin düşmüş vətəndaşımız var. Əsir və itkin, girov götürülmüşlərlə iş üzrə Dövlət Komissiyasının sənədlərində bunların hamısı dəqiq var”.

Bunu Yeniavaz.com-a açıqlamasında Hərbi prokuror Xanlar Vəliyev deyib. Hərbi Prokuror bildirib ki, şəxsiyyəti bəlli olmayan təxminən 450 nəfərə yaxın insanın qalıqları aşkarlanıb: “O cümlədən onların da böyük bir qismi kütləvi məzarlıqlarda aşkar olunur. Şuşada 2 yerdə, Kəlbəcərdə, Zəngilanda, Xocavənd rayonunda Edillidə 2 yerdə və Xocavəndin Daşbaşı kəndində, Xocalı rayonunun Fərrux kəndində belə məzarlıqlar aşkar olunub. Bəzisində çox, bəzisində az. Ümumilikdə 450-ə yaxın meyit qalığı müəyyən olunub. Amma hissə-hissə də azad olunmuş ərazilərdə bərpa, tikinti, quruculuq işləri gedişində bu məzarlıqların bir qismi ortaya çıxır. Edillidəki məzarlıqları o vaxt əsirlikdə olan vətəndaşımız göstərmişdi. Mülki şəxslərdən əlavə hətta müharibədə iştirak edən əsir hərbçiləri belə öldürmək olmaz. Çünki ABŞ-ın Hərb əsirlərlə rəftara dair təsdiq etdiyi pakt var. 49-cu il Cenevre Konvensiyası pozulub. Bütün bunlar hamısı cinayətdir və hər bir faktla bağlı cinayət işi başlanıb”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru