Somalidə Təhsil Nazirliyinə hücum zamanı öldürülənlərin sayı 30-a çatıb - YENİLƏNİB + VİDEO

30-10-2022, 09:09           
Somalidə Təhsil Nazirliyinə hücum zamanı öldürülənlərin sayı 30-a çatıb - YENİLƏNİB + VİDEO
Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına həyata keçirilən terror hücumu nəticəsində öldürülən mülki insanların sayı 30-a çatıb.

Qeyd olunur ki, əvvəl Təhsil Nazirliyinin qarşısında partlayıcı ilə dolu iki avtomobili partladılıb.

Daha sonra bir qrup silahlı binaya daxil olaraq orada işləyən insanlara atəş açmağa başlayıb.

Silahlı hücum “Əş-Şəbab” terror təşkilatının üzvləri tərəfindən törədilib.

20:25

Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına həyata keçirilən terror hücumu nəticəsində doqquz nəfər həlak olub.

Bu barədə Somali təhlükəsizlik qüvvələrinin nümayəndəsi Əhməd Əli məlumat verib.

Onun sözlərinə görə, ölənlərin hamısı mülki şəxslərdir, onların arasında qadın və uşaqlar da var.

Terror aktının “Əş-Şəbab” təşkilatının üzvləri tərəfindən törədildiyi istisna edilmir.


18:55

Somalinin paytaxtı Moqadişoda Təhsil Nazirliyinin binasına hücum olub.

Polisin məlumatına görə, nazirliyin binasının yerləşdiyi şəhərciyə bomba ilə yüklənən avtomobil daxil olub və partlayış baş verib.

Əraziyə polis və təcili yardım briqadaları cəlb edilib.

Sosial şəbəkələrdə paylaşılan videolarda ərazidən qatı tüstünün qalxdığı görünür.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru