Simonyandan ermənilərə şok: Dövlətiniz olmamalı idi...

31-10-2022, 13:23           
Simonyandan ermənilərə şok:
Mən heç vaxt Ermənistanda yaşamamışam, mənim babam-nənəm də orada yaşamayıb. Ümumiyyətlə, ömrüm boyu cəmi iki dəfə Ermənistanda olmuşam. Amma mən etnik erməni olduğumdan erməni xalqına deyəcəklərim var.

Demokrat.az xəbər verir ki, bu fikirlərlə “Rossiya 1” telekanalının efirində erməni əsilli rusiyalı jurnalist Marqarita Simonyan çıxış edib.

“Ermənilər ayılın! Yaddan çıxarmayın ki, Rusiya sizin üçün kim olub və kimdir! Rusiyanın sayəsində siz ermənilərin dövləti var, torpağı var, ümumiyyətlə sərhədləri var. Qriboyedovu tanıyırsız? Bilirsiniz ki, o erməni xalqını xilas edib? Rusiya olmasaydı, bu gün Ermənistan deyilən dövlət olmamalı idi. Heç uzaq tarixə getməyək, 44-günlük müharibə zamanı kim Ermənistanı xilas etdi? Qərb? Əlbəttə ki, yox. Əgər Rusiya olmasaydı, Ermənistan fiziki olaraq yox olacaqdı. Bunun qarşısını heç kim ala bilməzdi. Heç kimi ittiham da etməyəcəkdilər. Məndə dəqiq məlumatlar var bununla bağlı. Erməni xalqı isə bütün bunları unudub yenidən Rusiyaya qarşı satqınlıq edir”, - Simonyan bildirib. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru