Xüsusi təyinatlıların cənub bölgəsindəki gecə təlimlərindən GÖRÜNTÜLƏR - VİDEO

4-11-2022, 11:28           
Xüsusi təyinatlıların cənub bölgəsindəki gecə təlimlərindən GÖRÜNTÜLƏR - VİDEO
Cari ilin döyüş hazırlığı planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri ilə cənub bölgəsində keçirilən təlimdə gecə və məhdudgörmə şəraitində müxtəlif xüsusi tapşırıqlar icra edilib.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, təlimin ssenarisinə uyğun olaraq, xüsusi təyinatlılar kəşfiyyat məlumatları əsasında şərti düşmənin dərinliyinə sızaraq pusqu, basqın, təxribat təlim döyüş tapşırıqları yerinə yetiriblər.

Xüsusi təyinatlılar tərəfindən aşkar edilmiş sığınacaqlarda və şərti cəbhənin digər istiqamətlərində bilavasitə təmas vəziyyətində düşmən texnikası və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

Düşmən arxasında qarşılaşıla biləcək maneə sistemlərinin kiçik bölmələr halında dəf edilməsi, yaşayış məntəqələrində döyüşün aparılması və ələ keçirilməsi fəaliyyətləri icra edilib.

Qeyd edək ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla gecə və gündüz keçirilən təlimlərdə əsas məqsəd xüsusi təyinatlıların peşəkarlıq səviyyəsinin daha da artırılması və praktiki vərdişlərinin təkmilləşdirilməsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru