Şeytanı daşlayan 2300 nəfər birdən öldü: Tarixinin ən böyük fəlakətli izdihamları - FOTOLAR

4-11-2022, 11:47           
Şeytanı daşlayan 2300 nəfər birdən öldü:
Cənubi Koreyada Hellouin bayramı şənliklərində iştirak edənlərin böyük izdihamı 153 nəfərin ölməsi ilə nəticələndi. Bu, son illərin ən böyük fəlakətlərindən biri kimi göstərilir. Amma izdihamda insanların ölümü tarixdə ilk deyil. AzVision.az əvvəllər vaş vermiş ən böyük izdiham ölümlərini təqdim edir:

2015-ci il sentyabrın 24-də Məkkə yaxınlığındakı Mina şəhərində Həcc ziyarəti zamanı şeytanı daşqalaq edən ibadət əhlinin kütləvi izdihamında 2300-ə yaxın insan həlak olub.

2022-ci il oktyabrın 1-də İndoneziyanın Şərqi Yava əyalətinin Malanq şəhərindəki futbol stadionunda yaranan izdihamda 133 nəfər, o cümlədən 40-dan çox uşaq ölüb.

2013-cü il oktyabrın 13-də Hindistanın Madhya-Pradeş əyalətinin Datia rayonunda məbədin yaxınlığında dini bayram 115 nəfərin ölməsi, 110-dan çox insanın yaralanması ilə nəticələnib.


2013-cü il yanvarın 1-də Fil Dişi Sahilində atəşfəşanlığı izləməyə gələn insanların çoxluğu 60 nəfərin həyatına son qoyub.

2020-ci ilin yanvarın 7-də İranın cənub-şərqindəki Kirman şəhərində iranlı general Qasım Süleymaninin dəfn mərasimində yaşanan izdihamda 56 nəfər ölüb.
21 mart 2021-ci il tarixində Tanzaniyanın Dar əs-Salam şəhərində prezident Con Maqufulinin anım mərasiminin keçirildiyi stadiondakı izdiham 45 nəfərin ölməsinə səbəb olub.


Almaniyanın Duisburq şəhərində keçirilən "Love Passage" texno festivalında tunelə girməyə çalışan iştirakçılar arasında yaranan izdihamda 19 nəfər ölüb, 342 nəfər yaralanıb.

Braziliyanın Santa Maria şəhərindəki gecə klubunda baş verən yanğın böyük çaxnaşma yaradıb, qaçmağa çalışan 230-dan çox adam həlak olub.

İngiltərənin Şeffild şəhərindəki “Hillsboro” stadionunda keçirilən “Liverpul” – “Nottingem Forest” matçında 97 nəfər ölüb, ən azı 200 nəfər yaralanıb. Hadisə ölkənin ən dəhşətli idman fəlakəti kimi tarixə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.